Venesuelada etiraz aksiyaları zamanı ölənlərin sayı 100-ü ötüb

27-07-2017, 08:31           

Venesuelada çərşənbə günü etiraz aksiyaları zamanı daha bir nəfər həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, beləliklə etiraz aksiyaları zamanı ölənlərin sayı 101 nəfərə çatıb.

Məlumata əsasən, ölən şəx 30 yaşlı Rafael Antonio Varqas olub.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru