Rumıniya Roqozinin təyyarəsini ölkəyə buraxmadı

28-07-2017, 19:11           
Rumıniya Roqozinin təyyarəsini ölkəyə buraxmadı
Rumıniya hakimiyyəti Kişinyov marşrutu üzrə uçan və göyərtəsində Rusiyanın baş nazirinin müavini Dmitri Roqozinin olduğu sərnişin təyyarəsinə ölkənin hava məkanından keçməyə icazə verməyib.

Report-un verdiyi məlumata görə, bu barədə Rusiyanın Moldovadakı səfiri Farit Muxametşin bildirib.

O deyib ki, təyyarə Moskvaya doğru uçub:

"Rusiya hakimiyyəti onun harda eniş edəcəyi barədə qərar verəcək."

Bu hadisə ilə əlaqədar Kişinyov-Moskva marşrutu ilə uçan təyyarəyə minik dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru