Venesuelada iyulun 30-da keçiriləcək parlament seçkilərinə etiraz edən müxalifət tərəfdarları paytaxt Karakasın və ölkənin digər şəhərlərinin küçələrində barrikadalar quraşdırmağa başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, paytaxtda əksər yollar, magistrallar və küçələrdə hərəkət tam məhdudlaşdırılıb. Müxalifətçilərin toplaşdığı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşları etirzçıları dağıtmaq üçün gücdən istifadə edirlər.
Qeyd edək ki, Venesuela hakimiyyəti iyulun 30-da keçiriləcək parlament seçkiləri ərəfəsində küçə etirazlarına qadağa qoyub. Bu barədə Venesuela DİN rəhbəri Nestor Reverol bildirib.
“Seçki prosesini və ölkənin sosial həyatını pozan, bu cür halları təşkil edən, dəstəkləyən və təhrik edən şəxslər milli təhlükəsizlik haqqında qanunun 56-cı maddəsinə əsasən 5 ildən 10 ilədək azadlıqdan məhrum ediləcəklər”, - deyə nazir bəyan edib.
Qadağa iyulun 28-dən avqustun 1-dək qüvvədə olacaq.