Almaniyada ətdən içkilərsatışa çıxarılacaq

29-07-2017, 22:22           

Almaniyada 55 yaşlı iş adamı və qəssab Peter Klassen ətdən içkilər hazırlayaraq satışa çıxaracaq.

Azərtac "life.ru"ya istinadla xəbər verir ki, qeyri-adi içki payızda Almaniyada satışa çıxarılacaq. İş adamı Fransa, Belçika və Lüksemburq istehsalçıları ilə artıq müqavilələr bağlayıb. Lakin bu ölkələrdə içkilərin satışı haqqında hələlik məlumat verilmir.

Bu kokteyli hazırlamaq üçün qəssab əti tərəvəzlə bir yerdə qaynadır, sonra isə onu kakao konsistensiyasınadək doğrayır. Alınan maye butulkalarda qablaşdırılır və sterilizə olunur.

Klassen indiyədək dünyada hazırlanmayan bu içkinin patentini almaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru