Mogerini Ruhaninin inauqurasiyasında iştirak edəcək

30-07-2017, 11:00           

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini avqustu 5-i Tehrana səfərə gedəcək.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, Mogerini Birgə hərtərəfli fəaliyyət planının (JCPOA) Birləşmiş komissiyasının sədri kimi Həsən Ruhaninin inauqurasiyasında iştirak edəcək.

"Bu münasibətlə o, nüvə proqramına dair sazişin yerinə yetirilməsinin və ikitərəfli və regional əhəmiyyətli məsələlərin müzakirəsi üçün İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək", - press-relizdə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru