ABŞ-ın vitse-prezidenti Baltikyanı ölkələrin başçıları ilə görüşəcək- SABAH

30-07-2017, 11:08           

Bu gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin Estoniyanın paytaxtı Tallinə ikigünlük səfəri başlayır.
Gununsesi.info “İnterfaks”-a istinadən xəbər verir ki, iyulun 30-da M.Pens Estoniyanın baş naziri Yuri Ratas ilə görüşəcək.
Bazar ertəsi ABŞ-ın vitse-prezidenti Estoniya prezidenti Kersti Kalyulayd ilə kibertexnologiya və innovasiyalara həsr olunan “dəyirmi masada” iştirak edəcək. Daha sonra M.Pens K.Kalyulaydla birgə Latviya prezidenti Raymond Veyonis və Litvanın dövlət başçısı Dalya Qribauskayte ilə görüşəcək.
Məlumata görə, tərəflər regionda təhlükəsizlik, ABŞ-la Baltikyanı ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri, həmçinin NATO-nun 2018-ci ildə keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru