İran öz katerlərinin atəşə tutulmasına görə ABŞ-ı "ciddi fəsadlar"la hədələyib

30-07-2017, 11:19           
İran öz katerlərinin atəşə tutulmasına görə ABŞ-ı "ciddi fəsadlar"la hədələyib
İran hərbçiləri Fars körfəzində Amerika hərbçiləri tərəfindən öz patrul katerlərinin atəşə tutulmasını şərh ediblər. Onlar ABŞ-ın hərəkətlərini qeyri-peşəkar adlandırıblar və bu cür hadisələrin amerikalılar və region üçün ciddi nəticələrə gətirib çıxara biləcəyi ilə hədələyiblər.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) komandanının siyasi məsələlər üzrə müavini Rəsul Sanai Rad deyib.
"Amerikalıların hərəkətləri - bu, qeyri-peşəkar davranışdır", - deyə o bildirib.
Bir həftə ərzində ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İran katerlərinə iki hücum faktı qeydə alınıb. İnsidentlər 25 və 28 iyul tarixlərində baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru