Əfqanıstanda İraq səfirliyini partlatdılar — Silahlı toqquşma davam edir

31-07-2017, 14:44           

Əfqanıstanın paytaxtı Kabildə partlayış səsi eşidilib.

"Ölkə.Az" xəbər verir ki, kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Hücumun hədəfi İraq səfirliyidir. Bölgədə partlayış və silah səsləri davam edir. İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz boynuna götürüb.

5 silahlı İŞİD terrorçu polisə atəş açıb. Ərazidən partlayış səsi gəlir. Səfirliyin olduğu ərazidən isə qara duman yüksəlir.

Hadisə şahidləri isə səfirlik binasında 2 partlayışın olduğunu, binanın bir qisminin ciddi xəsarət aldığını bildirirlər. Əfqan polisi partlayış xəbərini təsdiq etsə də, başqa məlumat vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru