Saakaşvili sirri açdı: Putin Odessaya qrup göndərmişdi...

31-07-2017, 15:45           

2016-ci ildə Rusiyanın nümayəndəsi Boris Qrızlov Kiyevə gəlib Ukrayna Prezidenti Pyotr Poroşenkoya Vladimir Putinin ultimatumunu çatdırdı.

Bunu Ukrayna mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.

“Ultimatumda mənim vəzifədən çıxarılmağım barədə tapşırıq var idi. Putin mənim Odessada olmağımdan çox narahat idi. 2016-cı ilin yayında o, Federal Təhlükəsizlik Xidmətinin xüsusi qrupunu Odessaya göndərərək, mənim mənzilim ətrafındakı bütün iqamətgahları çəkdirdi ki, mənimlə bağlı nəsə kompromat aşkarlasın. Daha sonra bu qrup geri çəkildi. Ona görə ruslar mənim qubernatorluqdan çıxarılacağımla bağlı zəmanət almışdılar”, – Saakaşvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru