Putin spirt tərkibli məhsulların satışını qadağan etdi

31-07-2017, 22:44           
Putin spirt tərkibli məhsulların satışını qadağan etdi
Rusiya prezidenti Vladimir Putin spirt tərkibli qida məhsullarının pərakəndə və avtomatlar vasitəsilə satışını qadağan edən qanun imzalayıb.

Məhdudiyyətlər spirt tərkibli qeyri-qida məhsullarına da şamil ediləcək.

Sənədə əsasən, bu növdən olan məhsullar barədə internetdə məlumat yaymaq da qadağan edilir. Əks təqdirdə qayda pozan şəxslər cərimə ediləcəklər. Belə ki, vəzifəli şəxslərə tətbiq edilən cərimənin həcmi 20 mindən 40 minə qədər, hüquqi şəxslərə isə 100 mindən 300 minə qədər olacaq.

Qanun tərkibində 15%-dən az spirt olan alkoqollu içkilərin satışını da qadağan edib. İxracat üçün nəzərdə tutulan məhsullar istisnadır. Bundan başqa, spirt tərkibli məhsullar təyyarələrdə də satıla bilər, amma bunun üçün şirkətin pərakəndə satış üçün lisenziyası olmalıdır.(oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru