Britaniya 2019-cu ildə qapılarını bağlayacaq

1-08-2017, 09:56           

Avropa İttifaqına üzv ölkələrin vətəndaşları Britaniyaya vizası gedə bilməyəcəklər.

Trend Sputnik-ə istinadən xəbər verir ki, qərar 2019-cu ilin martından etibarən qüvvəyə minəcək. Ona qədər isə, Aİ üzvü dövlətlərin vətəndaşları səfərləri vizasız gerçəkləşdirə biləcək.

Məlumatı İngiltərənin baş naziri Tereza Meyin sözçüsü yayıb.

O deyib ki, 2019-cu ilin martında Britaniya Avropa İttifaqından ayrılacaq. Bu səbəblə, ittifaqa üzv dövlətlərin vətəndaşları Britaniyaya vizasız gedə bilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru