3 yaşlı qıza təcavüz etdiyi üçün izdihamın önündə güllələndi – Foto
1-08-2017, 10:38
Yəməndə polis məmuru 3 yaşlı bir qız uşağına təcavüz edən adamı yerə yatıraraq güllələdi. Avropa.info xəbər verir ki, Yəməndə 41 yaşlı Məhəmməd əl-Mahrabi adlı şəxs 3 yaşlı bir qız uşağına təcavüz etdiyi üçün öldürülüb. Cinayətkar izdihamın önündə güllələnib. Məhəmməd əl-Mahrabi paytaxt Sanada böyük bir izdihamın olduğu meydana gətirilib. Sonra izdihamın ortasında yerə sərilən bir örtüyünün üzərinə əlləri arxadan qandallı halda üzü üstə uzadılıb. Daha sonra bir polis məmuru tərəfindən silahla güllələnib. Reuters xəbər agentliyinin paylaşdığı xəbərdə adamın yalnız güllələnmə anındakı şəkilləri var. Öldürüləndən sonrakı şəkilləri isə paylaşılmayıb.