ABŞ Senatı Kristofer Reyi FTB-nin direktoru vəzifəsinə təsdiqləyib

2-08-2017, 09:20           
ABŞ Senatı Kristofer Reyi FTB-nin direktoru vəzifəsinə təsdiqləyib
ABŞ Senatı böyük əksəriyyətlə Federal Təhqiqat Bürosunun (FTB) direktoru vəzifəsinə Kristofer Reyin namizədliyini dəstəkləyib.
"Report" xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
Məlumatda bildirilir ki, o, prezident Donald Tramp tərəfindən bu ilin mayında vəzifəsindən uzaqlaşdırılmış Ceyms Komini əvəz edəcək. Kristofer Reyin namizədliyinə 100 senatorun əksəriyyəti səs verib. Hər iki partiyanın liderləri yuxarı palatada dörd saat Reyin namizədliyinin müzakirə ediblər.
Senatdakı respublikaçı əksəriyyətin başçısı Mitç Makkonnell xüsusi xidmət orqanının başçısının təyinatına ehtiyacı olduğunu ayrıca vurğulayıb. O, xatırladıb ki, Senatın Hüquq məsələləri üzrə komitəsində 20 komitə üzvü Reyə yekdilliklə səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru