Paris Bakıya “yumşalma siqnalı” GÖNDƏRDİ – Yeni səfir münasibətləri xilas edə BİLƏCƏK?
Bu gün, 17:59
“Fransanın Azərbaycana yeni səfir təyin etməsi – Sofi Laqutun missiyasının başlaması ilk baxışdan diplomatik protokol addımı təsiri bağışlasa da, əslində, bu, Parisin Cənubi Qafqaz siyasətində yeni səhifə açmaq cəhdidir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Siyasi təhlilçi avqustun 19-da Fransanın Azərbaycana yeni səfir təyin etməsinin səbəblərini və uzun müddətdir gərgin proseslər zəminində davam edən Paris-Bakı münasibətlərinin perspektivini şərh edib.
Analitikin sözlərinə görə, Fransa uzun müddətdir ki, Ermənistanın açıq tərəfdarı mövqeyində çıxış edib və bu, Bakı ilə münasibətləri faktiki olaraq dalana salmışdı:
“Parisdə başa düşmürlər ki, bu siyasət nə regional reallığa, nə də Fransanın uzunmüddətli maraqlarına xidmət edir. Yeni səfirin təyinatı da bu “səhvləri yumşaltmaq” istiqamətində atılmış texniki-diplomatik gedişdir. Sofi Laqutun diplomatik təcrübəsi, xüsusən də Şərq məsələləri üzrə bilikləri onun missiyasını daha maraqlı edir. Paris ümid edir ki, o, Bakı ilə dialoqu bərpa edəcək və ən azı siyasi gərginliyin səviyyəsini azaldacaq. Amma burada əsas məsələ şəxsdən çox dövlətin ümumi xəttidir. Fransa əgər yenə də birtərəfli ermənipərəst mövqeyində qalacaqsa heç bir səfirlik missiyası real nəticə verməyəcək”.
Onun fikrincə, Azərbaycan isə Fransadan real və konkret dəyişikliklər gözləyir:
“Bakı üçün Fransa ATƏT-in Minsk qrupunun “köhnə mirası” ilə assosiasiya olunur və bu, artıq keçmişin səhifəsidir. Azərbaycan indi Fransanın regional əməkdaşlığa, xüsusilə də iqtisadi layihələrdə və mədəni münasibətlərdə fəal tərəfdaş olmasını istəyir. Sofi Laqut üçün ən böyük sınaq da elə bu gözləntiləri cavablandırmaq olacaq. Əgər Fransa Ermənistanın iç siyasətinə həddindən artıq müdaxilə etməyi və onu Bakıya qarşı alət kimi istifadə etməyi dayandırsa, münasibətlərdə yumşalma mümkündür. Əks halda, səfir sadəcə formal fiqur olaraq qalacaq. Paris indi anlayır ki, Cənubi Qafqazda balanslı siyasət aparmaq üçün Azərbaycanla əməkdaşlıq qaçılmazdır”.
“Sofi Laqutun təyinatı münasibətlərin tamamilə dəyişəcəyinə zəmanət vermir, amma yeni imkan qapısı açır. Bu qapıdan kim necə keçəcək – Bakı da, Paris də öz davranışları ilə göstərəcək. Əgər Fransa real dəyişikliklərə gedərsə, bu, münasibətlərdə yeni səhifə ola bilər”, – deyə o, fikirlərini tamamlayıb.