Rəfiqəsinin cəsədini soyuducuda saxladı, dostu polisə xəbər verdi - TÜKÜRPƏDƏN HADİSƏ

2-08-2017, 09:53           

ABŞ-ın Ohayo ştatında bir kişi ölmüş rəfiqəsinin meyitini köhnə soyuducuda saxlayıb.
Publika.az “Assoşeyted press”ə istinadən bildirir ki, ölmüş rəfiqəsini soyuducuya yerləşdirən şəxs, həmin evə yaşamaq üçün yeni rəfiqəsini dəvət edib. Bu arada, onu da qeyd edək ki, ev ölmüş qıza aid idi. Yeni gələn rəfiqənin heç nədən xəbəri yox idi və o, mərhumənin itinə qulluq edir, eyni zamanda evin də kreditini ödəyirdi.
Yanqstaun Şəhər Prokurorluğunun bildirdiyinə görə, hadisənin üstünü kişinin dostu açıb. Soyuducuda qadın meyiti görən dost dərhal polisə xəbər edib.
Qadının ölüm səbəbi hələlik məlum deyil. Kişiyə və onun yeni rəfiqəsinə cinayət işi açılıb və işi polis araşdırır.
Məhkəmə həbs olunanların girov qoyulmaqla azad olunmalarını mümkün hesab edir və bunun üçün 1 milyon dollar tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru