Dünyanı narkotiklə təmin edən qaçaqçıların sualtı depoları tapıldı - FOTOLAR

2-08-2017, 09:54           

Dünya narkotik qaçaqçılığının önəmli mərkəzlərindən olan Kolumbiyada narkotik satışı ilə məşğul olan dəstələr ABŞ və digər qonşu ölkələrə qaçaq mal göndərmək üçün sualtı gəmilərdən istifadə edir.
Publika.az xəbər verir ki, bu gəmilər suyun altında elektrik, üstündə isə dizel yanacaqlı motorlar vasitəsilə işləyir. Kustar üsulla emal edilmiş gəmilər bol yağış düşən meşələrdəki çayların dərinliklərində inşa edilib saxlanılır.
Mütəxəssislər gəmilərin inşasının böyük məbləğ tələb etmədiyini, lakin potensial dəyərinin yüksək olduğunu deyib. Bu gəmilərin ən böyük modeli 30 metr uzunluğunda və 200 ton həcmindədir.
Meksika və Cənubi Amerikalı narkotik kartelləri bu gəmilər vasitəsilə ABŞ-a qanundankənar kokain daşınmasını həyata keçirir.
Tək səfərdə tonlarla narkotik daşıya bilən gəmilər mafiya qrupları tərəfindən son illərdə sıx şəkildə istifadə edilməyə başlanıb.
Elastik şüşə materialından hazırlanan və suyun üzünə yaxın məsafədə üzən gəmiləri təsbit etmək olduqca çətindir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru