Çindən gözlənilməz Şimali Koreya açıqlaması: “Biz buna qarşıyıq”
2-08-2017, 10:09
Çinin Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Liu Jieyi, Şimali Koreya və ABŞ arasında artan gərginliklə bağlı açıqlama verib.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, o, Koreya yarımadasında savaşa qarşı olduqlarını bildirib: “Şimali Koreya və ABŞ öz öhdəliklərini yerinə yetirməzsə, Çinin heç bir səyi fayda verməyəcək. Əsl məsuliyyət bu iki ölkəyə aiddir, Çinə deyil”.
Ballistik raket sınaqları səbəbiylə Şimali Koreya ilə ABŞ arasında artan gərginliyi qiymətləndirən Liu, hədəflərinin Şimali Koreyanın nüvə silahsızlanması olduğunu açıqlayıb. Bunun müzakirələrlə həllinin mümkünlüyünü vurğulayıb.
Xatırladaq ki,Şimali Koreyanın iyul ayında ikinci dəfə uzun mənzilli mərmi sınağından sonra , Donald Trump Şimali Koreyanın nüvə fəaliyyətləri mövzusunda "bir şey etməyən Çinin "xəyal qırıqlığı yaşatdığını" söyləmişdi.