Əhraruş-Şam özünə yeni lideri seçdi

2-08-2017, 10:38           

Suriyadakı terrorçu qruplaşmalardan biri olan Əhraruş-Şam yeni liderini seçib. Terrorçuların yeni lideri Əbul Bəra olub. Əhraruş-Şamdan Türkiyənin Anadolu xəbər agentliyinə verilən məlumatda bildirilir ki, qruplaşma özünə yeni liderin seçib. Açıqlamada, "Əbu Əmmar" ləqəbi ilə tanınan Əli Ömərin istefasının qəbul edildiyi, onun yerinə Əbul Bəranın seçildiyi bildirilib. Əsl adı Həsən Sufan olan Əbul Bəra, 1979-cu ildə Latakiyada anadan olub. Xaricdə ilahiyyat təhsili alıb. Ölkəsinə qayıtdıqdan sonra müxalif kimi tanınmağa başlayıb. Əbul Bəra Suriya hakimiyyəti tərəfindən edama məhkum edilib ancaq edam edilməyib. Keçən il Əbul Bəra, Bəşər Əsəd hakimiyyəti ilə terrorçular arasında əsir mübadiləsi əsnasında təxliyə edilib.
Mənbə: eastnews.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru