Daha dörd ölkə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarına qoşuldu

2-08-2017, 21:30           
Daha dörd ölkə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarına qoşuldu
Daha dörd ölkə Rusiyaya qarşı Avropa İttifaqının sanksiyalarına qoşulub.

Oxu.Az-ın RİA-Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlüksizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

Rəsmi Moskvanın Minsk razılaşmalarını yerinə yetirmədiyini deyən F.Mogerini Ukrayna, Monteneqro, Albaniya və Norveçin Aİ-nin Rusiyaya qarşı sanksiyaların müddətini uzadılması qərarına qoşulduğunu söyləyib.

“Bu ölkələr öz milli siyasətlərini Ai Şurasının qərarına uyğunlaşdıracaq. Aİ onların bu qərarını alqışlayır.”

Albaniya və Monteneqro Aİ-na üzv olmaq üçün namizəd ölkələr sırasındandır. Norveç və Ukrayna namizəd ölkələri olmasa da Rusiyaya qarşı sanksiyalar məsələsində Aİ qərarına mütəmadi olaraq qoşulur.

İyunun 28-də Aİ Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzadıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru