Ağ Evdə işçi viza verilməsinə dair yeni qanun layihəsi təqdim olunub

3-08-2017, 08:10           
Ağ Evdə işçi viza verilməsinə dair yeni qanun layihəsi təqdim olunub
Ağ Evdə Respublikaçı senatorlar tərəfindən işçı vizası (“qrin kart”) verilməsi üçün məhdudiyyətlər və şərtlərə dair yeni qanun layihəsi təqdim olunub

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təşəbbüs prezident Donald Tramp tərəfindən dəstəklənib.

“Mən hələ prezidentliyə namizəd olarkən ABŞ işçiləri və vergi ödəyicilərinin müdafiəsinə yönələn immiqrasiya sistemini təşviq etmişəm”, deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, baxılması üçün Konqresə təqdim edilən qanun layihəsi “qrin-kartların” verilməsi qaydalarını dəyişdirəcək. “Son illər ABŞ-a aşağı ixtisaslı insanlar gəlir. Yeni qanun layihəsi köhnə qaydaları əvəzləyərək yeni, xal üzərində əsaslanan sistemin tətbiqini nəzərdə tutur. Yeni müsabiqə çərçivəsində üstünlük ingilis dilində danışanlara, özlərini və ailələrini təmin edə bilənlərə və iqtisadiyyatımıza fayda verə biləcək bacarığı olanlara veriləcək”, deyə D.Tramp bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru