Moskva məhkəməsində baş verən atışmanın görüntüləri yayımlanıb

3-08-2017, 10:51           

RİA-nin verdiyi məlumata görə, Rusiyanın REN TV telekanalı bir neçə gün bundan öncə Moskva Əyalət Məhkəməsinin binasında təlükəsizlik qüvvələri ilə quldur dəstəsinin üzvləri arasında baş vermiş silahlı atışmanın video görüntülərini yayımlayıb.
Kadrlarda bir neçə nəfərin məhkəmə zalında dayandığı görsənir ki, cinayətkarlar oraya bir müddətdən sonra soxulmağa cəhd edirlər. Bundan sonra dəstə üzvlərini ilə təhlükəsizlik qüvvələri arasında atışma başlayır.

Hadisə avqustun 1-də müttəhimlərdən beşinin mühafizəçilərə hücum edərək onların tabel silahını almaları nəticəsində baş verib. Lakin mühafizəçilər qaçış cəhdinin qarşısını ala bilərək onlardan üçünü öldürüb, digər ikisi reanimasiyadadır. Atışma nəticəsində üç mühafizəçi yaralanıb.

Qeyd edək ki, bu dəstə 2012-2014-cü illərdə Moskva vilayətində (Подмосковье ) yollarda avtomobil əleyhinə əldəqayırma dəmir çıxıntılar nəqliyyat vasitələrinin şinlərini düçərək sürücüləri saxlayır sonra isə onları öldürərək əmlaklarını oğurlayırdılar. İstintaq cinayətkarların 15 basqın edərək 17 nəfəri öldürüb və daha iki nəfərə sui-qəsd edib. İstintaqın versiyasına görə, dəstəyə cəmi Orta Asiyadan olan azı 15 nəfər daxil idi.
İslaminSesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru