Avstraliya təyyarə şübhəliləri iki hücum "planlaşdırıblar"

4-08-2017, 13:35           

Təyyarəyə bomba keçirməyi planlaşdırmaqda təqsirləndirilən iki nəfər həmçinin zəhərli qaz buraxacaq cihaz düzətməyə cəhd ediblər, Avstraliya polisi bildirir.
Məlumata əsasən özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın təlimatı ilə hərəkət edən şübhəli şəxs 15 iyulda Sydney şəhərindən uçan Etihad şirkətinin təyyarəsinə partlayıcı maddəni keçirə bilməyib.
İttiham edilən şəxslər həmçinin "qazyayıcı" cihaz qurmaq niyyətində olublar. Lakin polis bu planların yekun mərhələdən çox uzaq olduğunu bildirir.
İstintaq iddia edilən planların qarşısının "tamamilə alındığını" qeyd edir.
Avstraliya Federal Polisinin rəis müavini Michael Phelan deyib ki, şübhəlilərin Sydney aeroportuna gətirilən baqajında hərbiyyədə istifadə edilən partlayıcı maddə olub.
Hadisə ilə bağlı 49 yaşlı Xaled Xayat və 32 yaşlı Mahmoud Xayat saxlanılıb.
Onlar "terror hücumunu planlaşdırmaq və ya ona hazırlıqda ittiham olunurlar".
Bu ittihamların təsdiqləndiyi halda onlara ömürlük həbs cəzası kəsilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru