Afrika terrora təslim olur — "Əş Şəbab" Somalidə şəhəri ələ keçirdi

5-08-2017, 11:13           

Radikal islamçı qruplaşma "Əş Şəbab"ın üzvləri Somalidə bir şəhəri ələ keçiriblər.

"Ölkə.Az" xəbər verir ki, terrorçular Somalinin cənubundakı Liqo şəhərinə nəzarət edirlər.

Səhər saatlarında Afrika İttifaqının sülhməramlı qüvvələri naməlum səbəblər ucbatından şəhəri tərk ediblər. Bu isə qruplaşmaya şəhəri ələ keçirməyə imkan verib.

Şəhər sakinlərinin taleyi barədə məlumat yoxdur. Eyni zamanda şəhəri ələ keçirən terrorçuların sayı bilinmir.

Hikmət Həsənov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru