ABŞ-dan Şimali Koreyaya cavab: "Qorxub qaçan deyilik"

8-08-2017, 12:54           

Rəsmi Pxenyan açıqlamasında ABŞ-a ciddi dərs verəcəyini söyləmişdi.

"Ölkə.Az" xəbər verir ki, ABŞ-ın bu bəyanata cavabı gecikməyib. ABŞ-ın BMT-dəki damimi nümayəndəsi Nikki Haley qurumun Şimali Koreyaya yeni sanksiyalarını bir yumruq adlandırıb və "Reaksiya göstərəcəklər, hədələyəcəklər amma qorxub qaçan deyilik".

"Fox" kanalına müsahibə verən Nikki Haley yeni sanksiyaları Şimali Koreyaya atılmış bir yumruq adlandırıb. Diplomatın fikrinə görə Pxenyanın reaksiyası yeni sanksiyalardan təşviş keçirdiyini göstərir.

Şimali Koreyanın ən böyük müttəfiqi Çinin də BMT Təhlükəsizlik Şurasında sanksiyaları dəstəklədiyini vurğulayan Haley deyib: "Şimali Koreya artıq beynəlxalq ictimaiyyətin tək səs olduğunu görür. Çin geri addım atmadı. Rusiya geri çəkilmədi. Təhlükəsizlik Şurasında bütün ölkələr bu vəziyyətdən narahat olduqlarını dilə gətiriblər. Şimali Koreya ticarətinin 90 faizini Çin ilə həyata keçirir. Bu səbəbdən sanksiyalara Çinin dəstək verməsi çox vacib idi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru