Çində güclü zəlzələ: 100 turist uçqunlar altında qalıb

9-08-2017, 00:33           
Çində güclü zəlzələ: 100 turist uçqunlar altında qalıb
Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

RİA Novosti-nin verdiyi məlumata görə, təbii fəlakət nəticəsində daha 63 nəfər yaralanıb.

Agentlik onu da bildirir ki, Sıçuan əyalətində yerləşən və təxminən iki min insanın olduğu mehmanxana zəlzələdən sonra qismən uçub, 500 adam təxliyə edilib.

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası isə zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru