Çinin şimal-qərbində 6,4 bal gücündə zəlzələ baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Qazaxıstanın Dostık kəndindən 96 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.