Afina rəsmən kömək istədi
25-07-2015, 10:28
Yunanıstan maliyyə nazirliyi Beynəlxalq valyuta fonduna (BVF) yeni kredit xəttinin açılması üçün rəsmi müraciət etdi.
ANS PRESS-in məlumatına görə, BBC xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Evklid Tsakalotosun fondun rəhbəri Kristin Laqarda ünvanladığı, cümə günü isə jurnalistlərin əlinə keçən məktubunda deyilir.
Maliyyə naziri Evklid Tsakalotos
Bundan əvvəl fondun nümayəndəsi Cerri Rays bəyan etmişdi ki, kredit xəttinin açılması üçün ölkə birinci olaraq formal şəkildə danışıqlara başlamalıdır.
Laqardın adına göndərilən məktubda isə rəsmi danışıqların başlaması üçün rəsmi müraciət öz yerini tapıb. “Biz sizə xəbər vermək istəyirik ki, Beynəlxaql Valyuta fondundan yeni kredit almaq üçün şərait gözləyirik”- deyə məktubda bildirilir. “Biz səbirsizliklə fondla əməkdaşlığın davamını gözləyirik”- cümləsi ilə isə məktub bitir.
Qeyd edək ki, cümə günü BVF-dən olan nümayəndə heyəti 86 milyard dəyərində üçüncü kömək proqramı barədə danışıqlar üçün Yunanıstana gəlsə də, təşkilatçılar onlar üçün təhlükəsiz məkan tapa bilmədiyi üçün görüş baş tutmayıb. Nümayəndə heyətinin üzvlərindən biri bununla bağlı belə açıqlama verib: “İlk növbədə bəzi logistik problemləri həll etmək lazımdır, əsasən də təhlükəsizliklə bağlı.”. Hazırda bununla bağlı yaradılan komissiya danışıqlar üçün bir neçə yeri nəzərdən keçirsə də, təfərrüatlar deyilmir. Heyətin digər üzvü isə danışıqların bu gün başlanacağına inandığını bildirib.
Xatırladaq ki, Yunanıstan 20 iyul tarixindən BVF və Avropa mərkəzi bankına borcların ödənilməsinə başladığını bəyan etmişdi. Lakin Afinanın borcu qaytarmaq üçün kəmər sıxması ölkədə yeni bahalaşmaya gətirib çıxarır. Artıq bu gündən etibarən yeni qərara əsasən isə vətəndaşlar ölkədən 2 min avrodan artıq çıxara bilməzlər. Bundan əvvəl bu rəqəm 10 min avro idi.
İnsanlar banklardan pul götürə bilmir
Ümumiyyətlə Beynəlxalq Valyuta Fondunun Yunanıstanın maliyyə vəziyyəti ilə bağlı apardığı araşdırmalar göstərir ki, Afinaya Avropanın vermək istədiyindən daha çox yardım lazımdır. Yunanıstanın maliyyə vəziyyəti əməlli-başlı pisləşib və Avropa ölkələri ona bütün borclarını ödəmək üçün 30 il vaxt verəcək. Yunanıstan borcu ancaq borc yüngülləşdirmə tədbirləri ilə saxlana bilər.
Mövzu ilə bağlı aşağıdakı linklərlə tanış ola bilərsiniz.
Yunanlar ağır gündən xilas olur (FOTO)
Afina Bakıda çoxlarını məyus etdi
Yunanıstan xilas oldu (FOTO)
Yunanıstan geri addim atdı, yeni kreditlər alır (VİDEO)
Avropa Yunanıstana "hə" deyir
Afina böhranı Bakıya təsir göstərəcəkmi? (FOTO)
Yunanıstan böhranı pulumuzu azaldacaq? (FOTO)
Yunanıstan batır, AB isə yıxılana "balta vurur"