Döyüş zonasında daha bir rus zabiti saxlanıldı - Ukraynada
27-07-2015, 12:51
Ukrayna sərhəd xidməti bildirir ki, ölkənin şərqində sursatla dolu hərbi maşını idarə edən rus zabitini saxlayıb. Xidmətin yaydığı bəyanata görə, saxlanan şəxs raket-artilleriya bölməsində mayor olduğunu etiraf edib.
“Üstündə sənədləri yox idi,” sərhəd xidmətinin sözçüsü Oleksandr Tomchyshyn deyib. “O, sursat təchizatı üçün məsuliyyət daşıyır. Dediyinə görə, sursat paylayan zaman yolunu azıb”.
İyulun 25-də axşam saatlarında saxlanan yük maşınındaki digər kişi özünü rusiyapərəst separatçı kimi təqdim edib. Hər ikisinin əynindəki hərbi geyimdə xüsusi nişan olmayıb.
Sərhəd xidməti bildirir ki, yük maşınında qumbara, raket mərmisi də daxil olmaqla sursat dolu 200-dək qutu aşkarlanıb.