Günəş sistemində bənzərsiz kəşf

21-09-2017, 21:17           

Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar.

Axar.az xəbər verir ki, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

Elm adamları ikili asteroid sisteminin sadəcə 5 min ildir mövcud olduğunu təxmin edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.