İran prezidenti kürd dilinin tədris ediləcəyini bildirib
28-07-2015, 21:24
İran prezidenti Həsən Ruhani Kürd dili və ədəbiyyatını gücləndirmək məqsədiylə sentyabr ayından etibarən Kurdistan Universitetində kürd dilinin tədris olunacağını deyib.
İran prezidenti Həsən Ruhani Kürdistan əyalətində təşkil etdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Seçimlər zamanı kürd dilinin tədris olunacağını vəd etdiyini xatırladan Ruhani “bunun ilk addım olduğunu, daha sonrakı addımlarda da belə işlər görəcəyini” söyləyib.
İran Konstitusiyasının 15-ci maddəsində dövlət dili farsca olsa da, digər yerli dillərin tədris olunmasının da sərbəst olduğu yazılır.
Prezident Həsən Ruhani İranın rəsmi xəbər agentliyi olan “İRNA”-nın da yaxın zamanlarda kürd dilində yayıma başlayacağını deyib.