İŞİD terrorçularını cəllada çevirən dərmanlar ələ keçdi

4-11-2017, 21:35           

İtaliya polisi İŞİD terror təşkilatına aparılan 50 milyon avroluq "Döyüşçü həbi"ni ələ keçirib.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Şimali Afrika ölkəsi Libyada döyüşən terrorçular üçün göndərilən 24 milyon ədəd dərmanın narkotik özəlliyi var və terrorçuların döyüş qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. Hindistandan göndərilən həblər Kalabriya bölgəsində təşkil edilən əməliyyat nəticəsində ələ keçirilib.

Tramadol və s. dərmanlar terrorçuları uzun müddət güclü saxlayır, hətta yaralansalar belə döyüşə davam edə bilirlər.

Qeyd edək ki, italyan polisi may ayında da 37 milyon ədəd bu tipli həb ələ keçirmişdi.

Dərmanların dənəsi 2 avrodan satılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru