Dünyanı heyrətləndirən azərbaycanlı ovçu - Video

4-11-2017, 21:48           
Dünyanı heyrətləndirən azərbaycanlı ovçu - Video
Azərbaycanlı peşəkar ovçu, məşhur Babanlılar nəslinin nümayəndəsi Faiq Babanlının Yutub videohostinqində yerləşdirilmiş Amazon cəngəlliyində ov etməsindən bəhs edən “Peru” sənədli filmi izləyənləri heyrətə gətirir.

teref.az Teleqraf.com-a istinadən xəbər verir ki, dünyanın ən reytinqli ovçularının siyahısında yer alan F.Babanlının 37 dəqiqəlik videoda Amazon cəngəlliklərində yaşadığı adrenalin, vəhşi heyvanlar ovlaması əks olunub.

Qeyd edək ki, F.Babanlı 1977-ci ilin yanvarında Qazax rayonunda anadan olub. Ali təhsillidir. Uzun müddət güləş və qaydasız döyüşlə məşğul olub, beynəlxalq turnirlərin qalibidir. Dünyanın 73 ölkəsində olub. Amazon cəngəlliklərindən başqa Afrikada, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Boliviyada, Argentinada, Paraqvayda, Kamçatkada və dünyanın digər təhlükəli ərazilərində ov edib. Məşhur ovçu, həmçinin, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra dağları kimi ucqar yerlərdə olub.

Ovçunun Amazon macərasından bəhs edən filmi təqdim edirik.
[media=https://www.youtube.com/watch?time_continue=45&v=zuNYcz1CmWQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru