Suriyanın Deyr-əz-Zor şəhərin yaxınlığında qaçqınların sıx yaşadığı ərazidə terrorçular tərəfindən minalanmış avtomobilin partladılması nəticəsində onlarla dinc sakin ölüb və yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Suriyann milli SANA agentliyi xəbər verib.
Məlumata görə, intiharçı-terrorçu minalanmış avtomobillə qaçqınların yerləşdiyi mərkəzə daxil olub və partlayıcı qurğunu işə salıb.