İŞİD-in "First Lady”sindən qandonduran sözlər - “Dayana bilmədim və...”

6-11-2017, 16:43           

Terror təşkilatı İŞİD-in sözçüsü Əbu Həsən əl Mühacirin xanımı təşkilatdan qaçdıqdan sonra ilk dəfə danışıb.

A24.az xəbər verir ki, Tania adlı qadın təşkilatdan çıxıb, Suriyadan ayrıldıqdan sonra sosial mediadan “4 uşağım var, ərim yeni Usame Bin Laden olmaq üçün məni tərk etdi” deyə yazıb.

Xatırladaq ki, İŞİD ötən il yeni sözçü göndərdiyini açıqlamışdı. Təşkilat içində adı Əbu Həsən əl Mühacir olan bu adamın əsl adı isə Con Georgelasdı. Krit əsilli zəngin bir ailənin uşağı olaraq Texasda doğulub və Yunan Pravoslav dininə uyğun böyüdülüb. Atası Amerikan ordusunda həkimlik edən zabit olub.

Con 11 sentyabr hücumlarından dərhal sonra radikallaşıb, müsəlman olub və adını “Yəhya əl Bahrumi olaraq dəyişdirib. Ərəbcə öyrənib. Sonra bir İslam saytında özü kimi bir zövcə axtarmağa başlayıb.

Londonda doğulmuş, Banqladeş əsilli bir ailənin övladı olan Tania ilə Con həmin saytda tanış olub, 2004-ci ildə evləniblər. 3 uşaqları doğulub. Getdikcə radikallaşan və terror təşkilatı İŞİD-ə yaxınlaşan cütlük Suriyaya getməyə qərar verib.

İŞİD-in birinci xanımı olaraq tanınan Tania təşkilatdan xilas olduqdan sonra ilk dəfə danışıb. “The Atlantik” adlı jurnala müsahibə verən qadın yaşadıqlarını belə izah edib:

“2013-cü ilin avqustunda Azez şəhərində Suriyalı bir generalın tərk etdiyi evinə yerləşdik. Nə su, nə elektrik vardı. Heç xəyal etdiyimiz kimi deyildi. Axırda dözmədim. Cona getmək istədiyimi dedim. Məni sərhədə qədər gətirdi. Özü orada qaldı. Qayıdan kimi ondan boşandım.
Yeniden bir evlilik saytına girdim və “4 uşağım var, ərim yeni Usame Bin Laden olmaq üçün məni tərk etdi deyə yazdım. Tam 1300 təklif gəldi. Biri Kreyq adlı bir kompüter firması çalışanıydı. Həyat yoldaşımın İŞİD-ə qoşulduğunu dedim. Mənə “problem yoxdur – dedi. İndi onunla birlikdəyəm və birlikdə kilsəyə gedirik. Uşaqlarım hələ də həyatdadır, Suriyadan xilas oldum. Stəkanın dolu tərəfini görməyi üstün tuturam”.
İŞİD-in "First Lady”sindən qandonduran sözlər - “Dayana bilmədim və...”














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.