1 trilyondan 200 milyard dollara - Tarixin ən böyük çöküşü

6-11-2017, 17:50           

Çinin ən böyük neft və qaz istehsalçısı “PetroChine” hissələri 1 trilyon dollardan 200 milyard dollara düşüb.

teref.az OilGas.az-a istinadən xəbər verir ki, 2007-ci ildə ümumi dəyəri bir trilyon dollar ötərək dünyanın ən böyük neft şirkəti statusunu qazanan “PetroChine” birjada çətin günlər yaşayır. Ötən on ildə şirkətin hissələrinin qiyməti 82% azalaraq 200 milyard dollara düşüb. Yoxa çıxan 800 milyard dollar “Microsoft”un bazar qiymətindən, İtaliya birjasındakı şirkətlərin ümumi dəyərindən, dünyanın ən varlı 12 iş adamının cəmi sərvətindən və ya İsveçrənin milli gəlirindən daha yüksək bir məbləğdir.

2007-ci ildə şirkətin satdığı neftin qiyməti orta hesabla 68 dollar idisə, indi bu rəqəm 44% aşağı düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru