Meksikanın Quanaxuato ştatında dəfn mərasiminin iştirakçılarına silahlı hücum nəticəsində 4 nəfər həlak olub, azı 6 nəfər yaralanıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda El Universal qəzeti xəbər verib.
Məlumata görə, ölənlər arasında qadın və uşaq var. Hücum edən naməlum silahlı şəxslər hadisə yerindən qaçıblar. Hücumun mümkün səbəbləri barədə məlumat yoxdur.