Şahzadələrin tutulduğu oteldən görüntülər - Video

7-11-2017, 09:26           

Səudiyyə Ərəbistanında şahzadə və nazirlərin həbs edildiyi "Ritz Kartlon" otelində lentə alınan video sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb.

Axar.az xəbər verir ki, “Əl Cəzirə” müxbiri Saad Abedinin paylaşdığı görüntülərdə təhlükəsizlik qüvvələrinin də olduğu oteldə bir neçə insanın salonda döşəmədə uzandığı bəlli olur.

Yerdə uzananların şahzadələr, yaxud digər şəxslər olduğu məlum deyil.

Xatırladaq ki, Kral Salman ibn Əbdüləziz əs-Səudun qərarı ilə 4 noyabrda 10 şahzadə və 12 keçmiş nazir həbs edilib. Daha sonra isə Kral ailəsi üzvlərindən həbs edilənlərin sayı 30-a çatıb. Salman ibn Əbdüləziz əs-Səudun sərəncamı ilə adı korrupsiya və rüşvətxorluqda hallanan məmurların araşdırılması, istintaqa cəlb olunması üçün xüsusi komissiya yaradılıb. Komissiyanın yaradılmasından bir neçə saat sonra həbslərin həyata keçdiyi bildirilir.

Həbs edilənlər arasında 17 milyardlıq sərvəti ilə dünya zənginləri arasında yer alan Şahzadə Vəlid bin Tallal da var.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.