Erməni diasporu milyonçuları Qarabağa çəkir

7-11-2017, 12:40           
Erməni diasporu milyonçuları Qarabağa çəkir
Rusiyalı erməni iş adamları Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər ediblər.

Axar.az xəbər verir ki, iş adamları Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Xankəndinə gələn erməni iş adamları arasında Samvel Sərkisyan, Ararat Tavadyan və Qriqori Qasparyan olub. Onlar Saakyanla qondarma rejimdə proqramların icrası məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, hər üç şəxs Rusiyadakı erməni diasporunda aktivlik göstərirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.