“Qatar Airways”də tragikomik hadisə: Dalaşan ər-arvada görə təyyarə enməyə məcbur oldu

7-11-2017, 16:23           

Qətər Hava Yollarına məxsus təyyarədə tragikomik hadisə baş verib.

A24.Az xəbər verir ki, qadın əri yatarkən, telefonunu qarışdırmağa başlayıb.

Qadın telefonu qarışdırarkən öyrənib ki, əri ona xəyanət edirmiş. Bundan sonra o aləmi bir-birinə vurub və qadını sakitləşdirmək mümkün olmayıb.

Məsələyə aviaşirkətin əməkdaşları da müdaxilə etsə də, qadının haqqından gələ bilməyiblər. Bu səbəbdən pilot Hindistanın cənubundakı Çennai şəhərində eniş etməyə məcbur olub.

Cütlüyün Hindistan vizası olmadığı üçün, polis idarəsinə aparılıb. Qadın sakitləşəndən sonra cütlük Qətərə geri dönüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru