Rusiya bu ölkələrin telefonunu kəsdi: - NATO təşvişdə

7-11-2017, 19:40           
Rusiya bu ölkələrin telefonunu kəsdi: - NATO təşvişdə
Rusiyanın ötən ay baş tutan hərbi təlimlər zamanı bəzi telefon siqnallarını kəsdiyindən şübhələnirik.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

Məlumata görə, NATO-ya üzv olan ən azı 2 ölkə baş katibə narazılığını ifadə edib. Stoltenberq isə Rusiyanın bu mövzularda şəffaflığı qorumalı olduğunu bildirib:

“Rusiya ortada hər hansı bir yanlış anlaşılmanın olmaması üçün əlindən gələni etməlidir. Əks halda bu cür fəaliyyətlərin çox ciddi təsirləri ola bilər”.

Qeyd edək ki, Rusiyanın Belarusla birgə təşkil etdiyi Qərb-2017 təlimləri zamanı İsveç, Latviya və Norveçdəki telefon xidmətlərində bir neçə saatlıq kəsintilər müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru