Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmanın yekunlaşacağı tarix məlum olub

8-11-2017, 09:00           
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırmanın yekunlaşacağı tarix məlum olub
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı araşdırma ilin sonunadək başa çatmalıdır.

APA-nın “Bloomberg”-ə istinadən verdiyi xəbərə görə, bunu Senatın kəşfiyyat üzrə komitəsinin sədri Riçard Berr bəyan edib.

Onun sözlərinə görə, hazırda ifadələrin alınması davam etdirilir. “İlin sonunadək araşdırmanı yekunlaşdırmaq və fevral ayı üçün məruzəni hazırlamaq xüsusi səy tələb edəcək. Bu asan deyil, amma bunun üçün hazırlanmış kadrlarımız var”, deyə R.Berr qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru