KİV: Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsə bilər

8-11-2017, 09:30           
KİV: Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsə bilər
Ukrayna Ali Radasının “Petro Poroşenko” blokundan olan deputatı İvan Vinnik Donbasın yenidən inteqrasiya olunması ilə bağlı qanuna dəyişiklik edilməsini təklif edib.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti yazıb. Təklif olunan dəyişiklik iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutur.

Məlumata görə, parlament üzvlərinin əksəriyyəti noyabrın 16-da səsverməyə çıxarılacaq qanunun lehinə səs verəcək. Qanun prezident Poroşenko tərəfindən təsdiqləndikdən sonra isə Rusiyanın Ukraynadakı, Ukraynanın isə Rusiyadakı diplomatik nümayəndələri bağlanacaq.

Qəzetə görə, qanunun qəbul edildiyi halda Ukraynanın Rusiyadakı maraqlarını, çox güman ki, Belarus və yaxud İsveçrə təmsil edəcək












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru