Trampın qadın köməkçisi hamını heyran etdi - FOTO

8-11-2017, 09:35           

Yaponiyada rəsmi səfərdə olan ABŞ prezidenti Donald Trampın şərəfinə baş nazir Sindzo Abe tərəfindən ziyafət yeməyi təşkil olunub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ABŞ nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyi məclisdə gecənin əsas ulduzu birinci xanım Melaniya Tramp deyil, Amerika liderinin köməkçisi, eyni zamanda Ağ Evin kommunikasiya üzrə direktoru, 29 yaşlı Houl Hiks olub.

O, tədbirdə smokinq geyinərək bütün qonaqların diqqətində olmağı bacarıb.

Holun məclisdən fotoları KİV-də yayılandan sonra bütün sosial şəbəkə istifadəçiləri Trampın köməkçisinin möhtəşəm göründüyünü, onun fonunda Melaniyanın nəzərə çarpmamağını şərh ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru