Lavrov ABŞ-a xəbərdarlıq etdi: “Təhdid və təhqirlərin...”

8-11-2017, 12:17           

“Koreya yarımadası ətrafında yaranan böhran üzrə qarşılıqlı təhdidlər yaxşı heç nəyə gətirib çıxarmayacaq”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
“Biz əminik ki, təhdidlərin, hətta təhqirlərin mübadiləsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. Oturmaq və razılaşmaq lazımdır. Hamı bu problemə emosiyalarla deyil, soyuq başla yanaşmalıdır”, -o deyib.
Rusiyalı nazir böhranın həlli üzrə Rusiya-Çin təşəbbüsünü – “ikiqat dondurulma”nı xatırladıb.
Qeyd edək ki, Moskva və Pekin Koreya Xalq Demokratik Respublikasının nüvə və raket sınaqlarının dayandırılması ilə eyni vaxtda ABŞ-ın regionda keçirdiyi təlimlərdən imtina edilməsini təklif edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru