Şimali Koreyada nüvə sınaqlarının DƏHŞƏTLİ NƏTİCƏLƏRİ

8-11-2017, 12:21           

Şimali Koreyada nüvə sınaqları keçirildikdən bir müddət sonra ölkədə müxtəlif patalogiyaları olan uşaqlar dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinə müsahibə verən şimali koreyalı qaçqınlar deyib.
Onlar Şimali Koreyada yaşayan qohumlarının xəstəxanalarda mutasiyaya uğramış uşaqlarının doğulmasına şahid olduqlarını deyib.
Digər bir qaçqın isə bildirib ki, nüvə silahlarının radiyasiyası yeraltı sulara qarışıb. Bəzi su qaynaqları quruyub. Yerli sakinlər isə başqa yerlərdən gətirilən suyu istifadə etməkdən qorxurlar. Suların çirklənməsi səbəbilə su canlıları məhv olub və ağacların 80%-i quruyub.
2010-cu ildə Şimali Koreyadan qaçan bir vətəndaş isə 2 nüvə sınağnda şahid olduğu hadisədən danışıb:
“2006 və 2009-cu illərdəki sınaqlarda sadəcə əsgərlərin ailələri təxliyə edildi. Onları yerin altındakı mədənlərə yerləşdirdilər. Yerli sakinlər isə sınaqlardan tamamilə xəbərsiz idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru