Tbilisidə rusiyalı turistlərin avtomobilini daş-qalaq etdilər

8-11-2017, 14:02           
Tbilisidə rusiyalı turistlərin avtomobilini daş-qalaq etdilər
FaktXəbər-in verdiyi məlumata görə, Rusiyadan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gələn bir qrup turist yerli sakinlər tərəfindən hücuma məruz qalıb. Belə ki, turistlərin avtomobili Mtaçmində dağında daş-qalaq edilib.

"Rustavi 2" kanalı xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, tursitlərin avtomobilin ön və arxa şüşələri sındırılıb. Hadisə yerinə gələn polislər turistlərə hücum etmiş şəxsləri saxlayıb.

"İnterfaks"ın məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi baş verənlərlə bağlı açıqlama verməyib. Turistlər isə polisə bildiriblər ki, heç bir şikayətləri yoxdur və yaxın zamanda ölkəni tərk edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru