Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatının ikinici mərhələsi başlayıb, kral ailəsinin üzvləri həbs olunub

8-11-2017, 18:52           
Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatının ikinici mərhələsi başlayıb, kral ailəsinin üzvləri həbs olunub
Səudiyyə Ərəbistanında kral ailəsi üzvlərinə və məmurlara qarşı keçirilən antikorrupsiya əməliyyatının ikinici mərhələsi başlayıb.
“Report” xəbər verir ki, bunu “Reuters”ə məlumatlı mənbə bildirib.
Mənbə deyib ki, ikinci dalğada siyasət və ticarət dünyasına yaxın adamlar korrupsiyada şübhəli bilinərək saxlanılıblar.
Məlumata görə, onların bir qismi 2011-ci ildə vəfat etmiş vəliəhd şahzadə Sultan bin-Əbdüləzizin ailəsinin üzvləridi. Qalanları isə krallıqda müxtəlif səviyyədə dövlət vəzifəsində işləyiblər.
Həbs olunan şəxslər krallığın paytaxtı Ər-Riyaddakı “5 ulduz”lu otellərdən birində saxlanılırlar.
Qeyd edək ki, noyabrın 5-də Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitəsi 11 şahzadəni, fəaliyyətdə olan 4 naziri və 39 keçmiş hökumət üzvünü həbs edib. Həmin şəxslərin adları açıqlanmasa da, onların qanunsuz silah satışı sazişi və saxta müqavilələr imzalamaqda, çirkli pulların yuyulmasında və korrupsiyada ittiham olunaraq saxlanıldıqları bildirilib. Korrupsiyaya qarşı Mübarizə üzrə Ali Komitə noyabrın 4-də kral Salmanın fərmanı ilə yaradılıb. Komitəyə varis şahzadə Məhəmməd bin Salman başçılıq edir. Komitənin həbslə bağlı order vermək, eləcə də şübhəlilərin ölkədən çıxmağına qadağa qoymaq səlahiyyəti var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.