Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edilib

8-11-2017, 18:58           
Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edilib
Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib.
“Report” xəbər verir ki, bunu “France Pressə” məlumatlı mənbə bildirib.
Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasnın qurbanlarından birinin fotosunu öz “Twitter” səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmiş şəkili terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.
Marin Le Pen 2015-c ildə İŞİD tərəfindən həyata keçirilən edam hökmündə çəkilən şəkilləri öz “Twitter” səhfəsində paylaşıb. Onlardan biri ABŞ vətəndaşı olan jurnalisit Ceyms Foulinin başının terrorçular tərəfindən kəsilməsini əks etdirən foto olub.
Qeyd edək ki, bu ilin martında isə Avropa Parlamenti Marin Le Peninin deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.
Xatırladaq ki, Marin Le Pen bu ilki prezuident seçksinində Fransanın indiki prezidenti İmmanuel Makronun əsas rəqibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru