ABŞ Konqresi Rusiyanın Avropada qarşısının alınmasına 4,6 milyard dollar ayırıb

9-11-2017, 09:14           
ABŞ Konqresi Rusiyanın Avropada qarşısının alınmasına 4,6 milyard dollar ayırıb
ABŞ Konqresinin hər iki Palatası Rusiyanın Avropada qarşısının alınması üçün 4,6 milyard dollar ayırmaq qərarına gəlib.

APA-nın xəbərinə görə, bu barədə Senatın Silahlı qüvvələr üzrə komitəsinin saytında bildirilir.

Məlumata görə, dövlət büdcəsindən Pentaqona ayrılan maliyyə vəsaitləri ABŞ-ın Avropada mövqeyinin gücləndirilməsinə yönəldiləcək. O cümlədən Baltikyanı ölkələrin müdafiə qabiliyyətinin artırılmasına 100 milyon dollar xərclənə bilər. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezidentə göndəriləcək.

Bundan əvvəl ABŞ Senatı və Konqresin Nümayəndələr Palatasının müvafiq komitələri 2018-ci maliyyə ilində Ukraynaya 350 milyon dollarlıq hərbi yardım edilməsi barədə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru