Kolumbiyada rekord miqdarda kokain partiyası müsadirə edilib
9-11-2017, 09:30
Kolumbiyada rekord miqdarda (12 ton) kokain partiyası müsadirə edilib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə junralistlərə ölkə prezidenti Xuan Manuel Santos bildirib.
"RCN" radiosunun məlumatına əsasən, "Aqamemnon-2" adlı əməliyyat Antiokiya departamentində keçirilib. Müsadirə edilən kokain partiyası "Körfəz Klanı" adlı qruplaşma aid olub.